Mbappe Ronaldo və Messinin nailiyyətini təkrarladı
- 14:40
- 30
İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe La Liqada Kristiano Ronaldo, Lionel Messi və Luis Suaresin nailiyyətini təkrarlayıb.
Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu buna 23-cü turda "Valensiya"nı səfərdə məğlub etdikləri matçda fərqlənməklə nail olub.
Fransalı forvard cari mövsüm çempionatda meydana çıxdığı 22 matçda 23 qola imza atıb.
Daha əvvəl "Barselona"nın sabiq futbolçuları Luis Suares (2015/2016), Lionel Messi (2012/2013) və "Real"ın keçmiş hücumçusu Kristiano Ronaldo (2014/2015) bunu bacarıb.