Almaniya futbolunun canlı əfsanəsi Lottar Matteus "Bayer"in Avropa Liqasının ilk yarımfinal matçında səfərdə "Roma"ya 0:1 məğlubiyyətini şərh edib.

Rekord.az xəbər verir ki,o, italiyanların qələbəsini ədalətli sayıb: "Roma" layiqli qələbə qazandı. Onlar meydançada daha çox iş gördülər və daha baxımlı futbol oynadılar. "Bayer" ilk 10 dəqiqəyə pis başlamadı. Lakin ələ düşən imkanları dəyərləndirə bilmədi"