Masallı rayon Gənclər və İdman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin , Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun və Fövqəladə Hallar Nazirliyinin Masallı rayon Dövlət Yanığından Mühavizə hissəsinin daxili xidmətinin birgə təşkilatçılığı ilə Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbində, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək komandaları salamlamış və yarışın əhəmiyyətindən danışaraq, yarışın yeniyetmə və gənclərin hərbi vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını və “Şahin” hərbi-idman oyununu keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, məktəbliləri hərbi idman oyunlarına cəlb etmək, onları orduda xidmətə hazırlamaqdır.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üztə Təhsil sektorunun və Fövqəladə Hallar Nazirliyinin Masallı rayon Dövlət Yanığından Mühavizə hissəsinin daxili xidmətinin əməkdaşları iştrak etmişlər.

Sonra rayonun tam orta ümumtəhsil məktəbinin komandaları arasında yarışın startı verilmişdir. Hərbi-idman oyununda məktəblilərin sıra, intellektual müsabiqə,mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb.

Yekun nəticələrə əsasən, S.Tağıyev adına şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbin komandası ikinci , Miyənkü kənd N.Aslanov adına tam orta məktəbinin komandası üçüncü yerləri tutmuşlar.Fərqləndiyinə görə isə Qəriblər kənd tam orta məktəbin komandası, Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbin komandası Diplomla mükafatlandırılmışlar

Yarışda qalib gəlkmiş komandalar Gənclər və İdman İdarəsi tərəfində diplomla mükafatlandırılmışdır.