
Marselonun da “Real”dan ayrılacağı dəqiqləşdi
- 29 May 2022 15:30
- 555
“Real”ın müdafiəçisi Marselo bu yay Madrid klubundan ayrılacaq.
Rekord.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özü məlumat verib.
O, Çempionlar Liqasının finalında “Liverpul”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə bunları deyib: “Bəli, bu, mənim “Real”da son matçım idi”.
Xatırladaq ki, 34 yaşlı oyunçu 2007-ci ildən Madrid təmsilçisində oynayır. Onun klubla müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.
“Real”da Marselodan öncə Qaret Beyl və İskonun komandadan ayrılacağı dəqiqləşmişdi.