"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in futbolçusu Sedrik Bakambu Fransada Ağdam təmsilçisinə qalib gəldikləri matç (3:1) barədə danışıb. 

Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu yerli mətbuata açıqlamasında təmsilçimizi adlayıb növbəti mərhələyə yüksəlməyin vacibliyini vurğulayıb:

"Qarabağ" mərhələsini keçmək lazımdır. Oyundan əvvəl heç vaxt güclü olduğunu deyə bilməzsən. Rəqiblərinizi heç vaxt qiymətləndirməməlisiniz". 

Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə cavab görüşünü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.