Oktyabrda dünyanın ən qədim (1887) klublarından sayılan "Ximnasiya"ya baş məşqçi təyin olunmuş Dieqo Maradona Argentina prezidenti Alberto Fernandesin qonağı olub.

Rekord.az xəbər verir ki, görüş ölkə başçısının Kasa-Rosadakı iqamətgahında baş tutub.

Dünya futbolunun 59 yaşlı canlı əfsanəsi görüşdən sonra prezidentə La Plata klubunun formasını hədiyyə edib.