Argentina yığmasının sabiq oyunçusu və məşqçisi Dieqo Armando Maradona dəfn edilib.

Rekord.az xəbər verir ki, dəfn mərasimi yerli telekanallar vasitəsilə canlı yayımlanıb. Mərasimdə məhdud sayda insanlar iştirak edib.

Maradona Buenos-Ayresdən 35 km aralıqdakı Bella-Vista özəl qəbiristanlığında dəfn olunub. Burada keçmiş futbolçunun valideynləri Dieqo Maradona və Dalma Franko da dəfn edilib.

Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. İlkin məlumata görə, onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.