"Mançester Yunayted"in ispaniyalı qapıçısı David de Xea yeni rekord müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, sözügedən qolkiper "qırmızı şeytanlar"ın forması ilə 133 "quru oyun" keçirib.

Beləliklə, o,  İngiltərə Premyer Liqasında MY-nin bütün qapıçıları arasında ən yaxşı göstəriciyə imza atıb. 

Mançester təmsilçisinin öncəki rekordu Edvin van der Sara məxsus idi. Niderlandlı 132 çempionat matçında qapısını toxunulmaz saxlamağı bacarmışdı.

Qeyd edək ki, 31 yaşlı de Xea 2011-ci ildə "Atletiko Madrid"dən transfer olunub. O vaxtdan bəri bütün turnirlərdə 491 oyuna çıxan "çərçivə" qoruyucusu 536 top buraxıb və 167 qarşılaşmada rəqiblərin arzusuna çatmasına imkan verməyib.