"Mançester Yunayted" "Ayaks"ın futbolçusu Entonini heyətinə qatmaq üçün əlindən gələni edir. 

Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" bu dəfə 22 yaşlı forvarda görə 94 milyon avro təklif edib.

Baş məşqçi Erik ten Haq futbolçunu komandasında görməyə israrlıdır. Bu səbəbdən də klub rəhbərliyi "Ayaks"ı razı salmağa çalışır. 

Oyunçunun özü 10 gün əvvəl "Mançeser Yunayted"lə 5 illik müqavilə üçün anlaşıb. Tərəflərin arasındakı yeganə problem "Ayaks"ın Entonini buraxmaq istəməməsidir. Niderland təmsilçisi daha əvvəl 80 milyon avroluq təklifi rədd edib.