
"Mançester Yunayted"in futbolçuları Ronaldonun getməsini istəyir
- 31 Avq 2022 21:00
- 390
"Mançester Yunayted"in futbolçuları komanda yoldaşları Kriştiano Ronaldonun klubdan ayrılmasının tərəfdarıdırlar.
Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Oyunçular düşünürlər ki, 37 yaşlı hücumçu komandada mübahisə mənbəyidir.
Ona görə də futbolçular Ronaldonun "Mançester Yunayted"dən getməsini istəyirlər.
Qeyd edək ki, Ronaldo ötən ilin yayında "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb. O, bu mövsüm Premyer Liqada 4 matça çıxıb və heç nə ilə yadda qalmayıb.