
"Mançester Yunayted"in formasını geyinmək istəmir
- 2022-05-20 13:45
- 238
"Mançester Yunayted"in qapıçısı Din Henderson yayda komandanı tərk etməyə hazırlaşır.
Rekord.az xəbər verir ki, 25 yaşlı qolkiper oyun praktikasından əziyyət çəkdiyindən "qırmızı şeytanlar"ın formasını geyinmək istəmir.
O, bir neçə dəfə klubdakı mövqeyindən narazı olduğunu bildirmişdi. "Nyukasl" Dini transfer etmək istəyir.