
“Mançester Yunayted”in borcu açıqlandı
- 02 Mar 2022 18:16
- 472
İngiltərənin “Mançester Yunayted” klubunun rəsmi saytı ötən il üçün maliyyə hesabatını dərc edib
Rekord.az xəbər verir ki, Premyer Liqa nəhənginin borcu son 12 ayda 494,8 milyon funt-sterlinqə yüksəlib.
Bu, 2020-ci ilin eyni hesabat dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir.
Eyni zamanda, “qırmızı şeytanlar”ın 6 aylıq gəliri 185,4 milyona yüksəlib.
“Mançester Yunayted”də hazırda maaşlar 391 milyon funt-sterlinq təşkil edir.