"Ayntraxt"ın qapıçısı Kevin Trapp "Mançester Yunayted"ə keçməkdən imtina edib.

Rekord.az xəbər verir ki, almaniyalı qolkiper bu barədə açıqlamasında bildirib: "Dünyanın top klubu olan “Mançester Yunayted”dən yazılı təklif aldım. Dünən hər iki klubun nümayəndələrinə “Ayntraxt”da qalmaq qərarına gəldiyimi bildirdim”.

Qeyd edək ki, 2012-2015-ci illərdə də "Ayntraxt"da çıxış edən 32 yaşlı Trap 2018-ci ildə yenidən Frankfurt klubuna qayıdıb.