"Mançester Yunayted"in hücumçusu Edinson Kavani bu yay klubdan ayrılacaq.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı oyunçu Mançester təmsilçisinin azarkeşləri ilə vidalaşıb:

“Klubun azarkeşlərinə təşəkkürdən başqa sözüm yoxdur. Klubda ilk gündən mənə böyük hörmət göstərdilər. Buradan həmişə mənə göstərdikləri məhəbbətlə bağlı xoşbəxt xatirələrlə ayrılıram".

Qeyd edək ki, 35 yaşlı futbolçu 2020-ci ilin payızında PSJ-dən "Mançester Yunayted"ə keçib. Kavani "Mançester Yunayted"in heyətində 59 matçda 19 qol vurub. Onunla "Fiorentina"nın maraqlandığı bildirilir.