
“Mançester Yunayted”də ciddi itki
- 10:33
- 32
"Mançester Yunayted"in qapıçısı Andre Onana ciddi zədə alıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı futbolçu komandanın yay təlim-məşq toplanışı zamanı dizaltı vətərində problem yaşayıb.
Bu səbəbdən qapıçının 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı iddia olunur.
Mançester təmsilçisi bu vəziyyət fonunda yeni qapıçı transferini gündəmə gətirib. Klub rəhbərliyi bazarda alternativ variantlar üzərində işləyir.
Onana ötən mövsüm “Mançester Yunayted”in heyətində 50 oyuna çıxıb, bu matçların 11-də qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.