"Mançester Yunayted" "Ayntraxt"ın qapıçısını transfer etmək istəyir.

Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" Kevin Trapp üçün danışıqlara başlayıb.

32 yaşlı qolkiperə 4 illik müqavilə təklif edilib.

Almaniya millisinin qapıçısının Frankfurt təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatır.

Trapp özü isə meneceri vasitəsi ilə "Mançester Yunayted"ə keçməyə razılıq verib.