“Mançester Siti”nin yeni transferi rekordu təkrarladı
- 17:00
- 31
Antuan Semenyo İngiltərənin "Mançester Siti" klubunda rekordu təkrarlayıb.
Rekord.az xəbər verir ki, cinah oyunçusu buna "Tottenhem"lə heç-heçə etdikləri (2:2) 24-cü turun matçında fərqlənməklə nail olub.
Qanalı forvard "şəhərlilər"in heyətində dördüncü qolunu vurub. 26 yaşlı vinger İngiltərə Premyer Liqasının yaranmasından (1992/1993) sonra bütün yarışlarda "Mançester Siti"də ilk beş qarşılaşmanın dördündə qol vuran ikinci oyunçudur.
Əvvəllər yalnız toqolu Emmanuel Adebayor 2009-cu ildə bunu bacarıb.
Semenyo yanvarın 9-da Mançester təmsilçisinə keçib.