
“Mançester Siti”də yeni müqavilə
- 14 Mar 2023 12:00
- 468
“Mançester Siti” hücumçusu Xulian Alvareslə yeni müqavilə imzalamağa hazırlaşır.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə 23 yaşlı argentinalı ilə bütün şərtlər razılaşdırılıb.
Yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq və son dünya çempionunun maaşı artırılacaq.
Alvares 2022-ci ilin yanvarında “şəhərlilər”ə keçib. O, cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.