Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə keçirilən 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu Xorvatiyada Norveçin "Bodo Qlimt" komandasını sınağa çəkib. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzmuşdu. Cavab görüşündə isə darmadağınla qalib gələn futbolçumuzun komandası ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. Mahir bu görüşün 60-cı dəqiqəsində meydana çıxıb, əlavə vaxta gedən matçın sonuna kimi oynayıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" da cavab oyununu evdə keçirib. Qara dəniz təmsilçisi Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edib. Lakin trabzonlular qolsuz bitən cavab görüşündən sonra ÇL-lə vidalaşmalı olublar.

PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə münasibətlərinə aydınlıq gətirib. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınmışdı – 2:2. Cavab görüşündə isə “Reyncers” minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları

24 avqust

Dinamo (Zaqreb, Xorvatiya) - Bodo Qlimt (Norveç) 4:1
Qol: Orşiç, 4. Petkoviç, 4. Drmiç, 117. Boçkay, 120 – Qronbaek, 70.
İlk oyun - 0:1

Trabzonspor (Türkiyə) - Kopenhagen (Danimarka) 0:0
İlk oyun - 1:2

PSV (Niderland) - Reyncers (Şotlandiya) 0:1
Qol: A.Çolak, 60.
İlk oyun – 2:2