"Çelsi"nin hücumçusu Romelu Lukaku Londonu tərk etməyə hazırlaşır.

Rekord.az xəbər verir ki, belçikalı hücumçu PSJ-yə transfer ola bilər.

"Zadəganlar" 28 yaşlı hücumçunun Paris klubuna keçidinə əngəl törətməyəcək.

​Lukaku bu mövsüm 36 oyunda 12 qol vurub.