İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-nin ilk turunda Kosta Rikanı darmadağın etmələri (7:0) barədə danışıb.

Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis oyunlarını daha da yaxşılaşdırmalı olduqlarını deyib:

“Digər oyunlarda olduğu kimi, bu oyunda da yeganə məqsəd bütün 90 dəqiqə ərzində üstün tərəf olmaq idi. Bunun üçün topa sahib olmaq lazımdır. Oyunu elə təşkil etməliyik ki, rəqib topsuz qalsın və praktiki olaraq matçda iştirak etməsin. Ancaq oyunumuzu yaxşılaşdırmaq üçün hələ çalışmalıyıq. 

Həqiqət budur ki, meydanda hər şey yoluna düşəndə ​​futbol ən gözəl idman növü kimi görünür. Kosta Rika problem yarada biləcək, güclü rəqibdir. Oyuna hər zaman nəzarət edirdik. Amma biz topla oyunda, mübarizə və pressinqdə üstün idik. Bu futbol ideyasına illərdir sadiq qalırıq”.