Mats Hummels, Tomas Müller və Jerom Boatenq yenidən Almaniya yığmasının formasını geyinə bilərlər.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı Almaniya yığmasının baş məşqçisi Yoahim Löv verib.

O bildirib ki, Dortmund “Borussiya”sının müdafiəçisini və “Bavariya”nın futbolçularının yığmaya qayıtması məsələsinə baxa bilər:

“Komanda dəyişikliyə start veriləndə, hamıdan imtina edib, tam fərqli istiqamətə yönələ bilməzsən. Amma pandemiya, demək olar ki, bir ilimizi aldı. İndi lazım olsa, bu məsələyə yenidən baxa bilərik.

Əgər hesab etsəm ki kimsə komandaya əlavə güc qatacaq, liderlik keyfiyyəti ilə önə çıxacaq, onda həmin futbolçuları yenidən yığmaya çağıra bilərəm. Söz verirəm ki, bu məsələdə heç bir istisnaya yol verməyəcəyik”.