
Löv bir daha belə start heyət istəmir
- 13 Noy 2020 14:21
- 628
Almaniya yığması Çexiya ilə yoxlama görüşü keçirib.
Rekord.az xəbər verir ki, qarşılaşma Almaniyanın qələbəsi ilə yekunlaşıb – 1:0.
Oyundan sonra yığmanın baş məşqçisi Yoahim Löv fikrilərini bildirib: “Böyük ehtimalla, bir də belə start heyəti ilə meydana çıxmayacağıq. Amma bütün hallarda, uşaqlar özünü yaxşı tərəfdən göstərdi, deməli, hamı razı qala bilər.
Əlbəttə, səhvlər də oldu. Amma qalib gəldiyimizə görə şadam. Bəzi məqamlarda oyuna köklənə bilmirdik. İlk hissədə kombinasiyalı oyun baxımından yaxşı idik.
Heyətdəki yeni uşaqlardan da razı qalmalısınız. Onu da vurğulayım ki, ilk hissədə İlkay Gündoğan meydanda olduğu üçün daha keyfiyyətli oyun göstərdik”.