İngiltərə Premyer Liqasının 18-ci turundan təxirə salınan “Liverpul” – “Vest Hem” matçının keçiriləcəyi vaxt məlum olub.

Rekord.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb. 

“Liverpul” – “Vest Hem” matçı yanvarın 29-da keçiriləcək və saat 23:45-də start götürəcək.

“Liverpul” – “Vest Hem” oyunu Mersisayd təmsilçisinin Klublararası dünya çempionatının “Flamenqo” ilə final matçına (1:0) görə təxirə salınmışdı.