"Liverpul"un ulduzu Sadio Mane "Bavariya"ya keçməyə hazırlaşır.

Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi seneqallı vinger üçün "Liverpul"a 30 milyon avro ödəyəcək.

Manenin yaxın günlərdə Almaniyaya gedəcəyi gözlənilir. O, başa çatan mövsümdə 51 matçda iştirak edib, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.