Bu gün İngiltərə Premyer Liqasında 4-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günü 7 matç keçirilib.

Turun açılış oyunu “Sauthempton” və "Mançester Yunayted" arasında keçirilib. Ötən tur “Liverpul”a qalib gələn “qırmızı şeytanlar” bu oyunda da 3 xala seviniblər.

“Liverpul” ötən oyundakı məğlubiyyəti bu dəfə qarşılaşdığı “Bornmut” 9 cavabsız qolla yenməklə unutdurmağa çalışıb. “Arsenal” isə “Fulhem”lə oyundan qalib ayrılıb. “Mançester Siti” də “Kristal Pelas” üzərində qələbəyə sevinib.

“Brentford” - “Everton” matçında qalib müəyyənləşməyibsə, “Brayton” “Lids”i minimal hesabla üstələyib.

Günün ən maraqlı oyunu isə Londonda baş tutub. “Çelsi” “Stemford Bridc”də bu mövsüm inamsız təsir bağışlayan “Lester Siti”ni qəbul edib. “Zadəganlar” bu oyundan qələbə ilə ayrılıblar.

İngiltərə Premyer Liqası
4-cü tur 

27 avqust

Sauthempton - Mançester Yunayted 0:1
Qol: B.Fernandes, 55.

Brentford - Everton 1:1
Qol: Yanelt, 85 – Qordon, 24.

Brayton - Lids 1:0
Qol: Qross, 66.

Çelsi - Lester Siti 2:1
Qol: Sterlinq, 47; 63 – Barnes, 66.

Liverpul - Bornmut 9:0
Qol: L.Dias, 3; 85. Elliot, 6. Aleksander-Arnold, 28. Firmino, 31; 62. Van Deyk, 45. Mepam, 46-öz qapısına. Karvalyo, 80.

Mançester Siti - Kristal Pelas 4:2
Qol: B.Silva, 53. Haland, 62; 70; 81 – Stounz, 4-öz qapısına. Andersen, 21.

Arsenal - Fulhem 2:1
Qol: Edeqor, 64. Qabriel, 85 – Mitroviç, 56.

28 avqust 

17:00. Aston Villa - Vest Hem
17:00. Vulverhempton - Nyukasl 
19:30. Nottingem Forest - Tottenhem