
“Liverpul”da yeni məşqçi
- 15 İyl 2025 18:40
- 44
"Liverpul"un məşqçilər korpusunda yeni təyinat reallaşıb.
Rekord.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kolin Stüart qapıçılar üzrə məşqçi təyin olunub.
Şotlandiyalı mütəxəssis daha əvvəl ölkəsinin “Reyncers” klubunda çalışıb.
Bundan əvvəl Niderland millisinin sabiq kapitanı Covanni van Bronkhorst da “qırmızılar”ın məşqçilər korpusuna cəlb edilib.