
“Liverpul”da ciddi itki
- 10 Okt 2022 22:40
- 395
“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold zədələnib.
Rekord.az xəbər verir ki, o, Premyer Liqanın 10-cu turunun “Arsenal”la oyununda (2:3) sıradan çıxıb.
Komandanın baş məşqçisi Yurgen Klopp matçdan sonra futbolçunun müayinədən keçməli olduğunu deyib:
“Trent topuğunu burxub, yaxşı deyil. O, çox ağrıyırdı, topuğu dərhal şişməyə başladı. Ona görə də, tibbi müayinədən keçməlidir”.
Aleksandr-Arnold bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 3 qol vurub.