"Liverpul" "Aberdin"dən transfer edəcək.

Rekord.az xəbər verir ki, Mersisayd təmsilçisi 18 yaşlı futbolçu üçün indidən "Aberdin"lə danışıqlara başlayıb.

Məlumata görə, tərəflər artıq razılıq əldə edib. "Liverpul"un məşqçilər korpusu Remsiyə Trent Aleksandr-Arnolda əvəzləyicisi gözü ilə baxır.

"Aberdin"in futbolçusu bu mövsüm Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a (1:3) qarşı Şotlandiyada keçirilən görüşdə meydana çıxmışdı.