
"Liverpul" Mane üçün 30 milyondan çox tələb edəcək
- 30 May 2022 11:22
- 472
"Liverpul" futbolçusu Sadio Maneni 30 milyon avroya satmaq fikrində deyil.
Rekord.az “The Athletic”ə istinadən xəbər verir ki, mersisaydlılar Almaniya mətbuatında daha əvvəl yazılan bu məbləğdən qat-qat böyük məbləğ tələb edəcəklər .
"Bavariya" seneqallı yarımmüdafiəçini transfer etmək üçün favorit olaraq qalır. Lakin hələlik futbolçu üçün rəsmi təklif göndərilməyib. Mane özü isə "Liverpul"dan ayrılmaqda qərarlıdır.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2016-cı ildən "Liverpul"da çıxış edir.