
"Lill" türk futbolçusunu satır
- 12 Mar 2022 13:18
- 776
Fransanın "Lill" klubu türkiyəli müdafiəçi Zeki Çeliki satmaq qərarı verib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi 2023-cü ilin yayında müqaviləsi başa çatacaq futbolçunu yayda sataraq gəlir əldə etmək istəyir. "Lill" 25 yaşlı sağ cinah müdafiəçisinin əvəzinə "Klermon"dan Akim Zedadkanı transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Zeki Çelik "Lillə" 2018-ci ilin yayında "İstanbulspor"dan transfer olunub. Türkiyə millisinin üzvü cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 29 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.