"Lids"dən milli üzvü ilə yeni müqavilə
- 16:30
- 36
İngiltərənin "Lids" klubu hücumçusu Brenden Eronson ilə müqavilənin müddətini uzadıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ millisinin üzvü ilə yeni anlaşma 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
25 yaşlı idmançı 2022-ci ildən İngiltərə təmsilçisinin şərəfini qoruyur. O, karyerası ərzində "Filadelfiya" (ABŞ) və "Zaltsburq" (Avstriya) klublarında da çıxış edib.
Qeyd edək ki, B.Eronson 2025/2026 mövsümündə keçirdiyi 42 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Hücumçunun dəyəri 22 milyon avro qiymətləndirilir.