Bu gün futzal üzrə Yüksək Liqada 11-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında öncə “Record club”la “Premier” komandaları üz-üzə gəlib. 12 qolun vurulduğu debütantların oyununda qalib müəyyənləşməyib.

Turun mərkəzi oyununda EKOL “Marafon”la üz-üzə gəlib. Bu görüşdə qələbə qazanan “Marafon” növbəti revanşını (birinci dövrədəki məğlubiyyətin) almış olub.

Növbəti oyunda “Xızı Futzal” “Baku Fire” komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın sonunda ikincilər çətin qələbəyə seviniblər.

“Bakı TFK” ilə qarşılaşan lider “Araz” isə böyükhesablı qələbə ilə xal ehtiyatını artırıb. Fasiləyə qədər 5 cavabsız top vuran Joze Alesionun yetirmələri ikinci hissədə də üstünlüyünü davam etdirib.

Tura “Neftçi” İK və “Yasamal” İSK dueli ilə yekun vurulub. Üç qolun qeydə alındığı matç “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

Yüksək Liqa
11-ci tur

5 dekabr

Premier (Quba) – Record club 6:6
Qol: Firudin Ağalarov, 02:55; 15:42; 39:32. Vüqar Asaliyev, 24:23. Ağaseyid Qasımov, 32:05. Sabir Əlişan, 39:43 - Matin Gharamani, 02:20; 22:28. Vahid Ansari, 16:39; 18:23; 30:21; 32:05.

Marafon – EKOL 3:0
Qol: Vitali  Borisov, 16:39. Aleksandr Dovqan, 21:11; 37:36.

Xızı Futzal – Baku Fire 6:7
Qol: Məhəmməd Xəlilov, 17:50; 32:32. Fərid Abbaslı, 20:29; 30:31; 38:04. Şahin Əliyev, 23:52 - Rasif Səfiyarov, 0:49; 04:01; 17:30; 35:14. Reza Tolouei, 09:05. Rauf Rüstəmov, 12:08. Tahir Məcidov, 26:08.

Araz – Bakı TFK 8:1
Qol: Emin Abbasov, 25:15 - İsa Atayev, 02:17; 05:25. Ramiz Çovdarov, 13:28; 28:03; 32:56. Xətai Bağırov, 19:04. Nihad İsmayılov, 19:34. Murilo Borges Souza, 34:34.

Neftçi İK – Yasamal İSK 2:1
Qol: Oruc Baxşəlizadə, 02:19. Kənan Manafov, 27:52 - İbad Məmmədov, 19:51.

Araz – 33, Neftçi İK – 24, EKOL – 24, Marafon FK – 21, Baku Fire – 19, Premier (Quba) – 13, Bakı TFK – 10, Record club – 10, Xızı Futzal – 6, Yasamal İSK – 0.

Bombardirlər: Firudin Ağalarov (Premier, Quba) - 21, Xətai Bağırov (Araz) – 17, Ramiz Çovdarov (Araz) - 15 qol.