“Bavariya” Almaniya Bundesliqasının 8-ci turunda “Auqsburq”la məhsuldar heç-heçəyə razılaşıb – 2:2.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin futbolçusu Robert Levandovski üçün əlamətdar olub. 

Belə ki, polşalı hücumçu Bundesliqada ardıcıl 8-ci turda da fərqlənməyi bacarıb. O, bununla da Dortmund “Borussiya”sının sabiq futbolçusu Pyer-Emerik Obameyanqın rekorduna şərik olub.

Levandovski növbəti turda da qol vursa, qabonlu hücumçunun rekordunu yeniləyəcək.

“Bavariya” 9-cu tur çərçivəsində öz meydanında “Yunion”u qəbul edəcək. Oyun oktyabrın 26-da keçiriləcək.