“Lənkəran”la oyuna dönüş nöqtəsi kimi baxırdıq”
- 29 Noy 2024 19:00
- 85
"Ordu"nun baş məşqçisi Alberto Blanko "Lənkəran"a qarşı keçirilən Azərbaycan Basketbol Liqasının 4-cü turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:
“Bu matç bizim üçün çox önəmli idi. Çünki 3-cü turda “Gəncə”yə məğlubiyyətdən sonra komandanın əhval-ruhiyyəsi korlanmışdı. Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Görüşə çox yaxşı başladıq. İlk periodda yaxşı üstünlük qazandıq. Oyunçular topla çox yaxşı davranır, çox qaçır, hərəkət edirdilər. Ancaq ikinci periodda bir qədər arxayınlaşdılar. Sonrakı hissələrdə isə üstünlüyü saxladıq və layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Sonrakı görüşlərdə bu tempdə davam etsək, istədiyimiz nəticələri əldə edəcəyik”.
"Lənkəran" - "Ordu" qarşılaşması ikincilərin 92:55 hesablı qələbəsi ilə yekunlaşıb.