28 mart 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən N saylı hərbi hissədə "Sərhəd" hərbi-idman oyununun rayon birinciliyi təşkil olunub.

Rekord.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağın artırılması olub.

Tədbirdə rayonun 5 ümumtəhsil məktəbinin sərhədçi komandasının tərkibində 30 nəfər iştirak edib.

Yarışmanın yekun nəticələrinə görə 1-ci yeri Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin komandası, 2-ci yeri Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin komandası, 3-cü yeri isə Haftoni qəsəbə tam orta məktəbin komandası əldə edib.

Qalib komandalara hərbi hissənin və gənclər və idman idarəsinin diplomları təqdim olunub.

Qeyd etmək lazımdır ki, 1-ci yeri əldə etmiş komanda zona mərhələsində iştirak etmək hüququ qazanmışdır