Lənkəran Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş voleybol idman növü üzrə məktəbli qızlardan ibarət komandalar arasında rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbir dövlət himininin səslənməsi  ilə başlamış, Vətən müharibəsində şəhid olanlların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rəsmi açılışda çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız üçün gördüyü işlərdən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, iştirakçı komandalara uğurlar arzulamışlar.

 Rəsmi açılışdan sonra turnir başlamışdır.Turnirdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 12 komanda mübarizə aparmışdır.Tədbir “Heydər Əliyev İli”ni qeyd etmək, Voleybol idman növünü təbliğ və idmanın kütləviliyini təmin etmək, perspektivli gəncləri aşkar edib gələcəkdə rayonun voleybol komandasının tərkibinə daxil etmək, gəncləri fiziki sağlamlığı qorumağa və inkişaf etdirməyə təşviq etmək, şagirdlərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq məqsədi ilə təşkil olunmuşdur.Oyunlar Fəzail Əbilov və Rakif Ağayevin hakimliyi ilə olimpiya sistemi üzrə keçirilmişdir.Gərgin mübarizə şəraitində keçən turnirin sonunda 1-ci yerə  Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin komandası, 2-ci yerə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin komandası, 3-cü yerə Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin komandası çıxmışdır.Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən 2 və 3-cü yeri əldə etmiş komandalar diplomla,  1-ci yeri tutan komanda isə diplom və kubokla təltif edilmişdir.Tədbirdə ümumilikdə 132 nəfər iştirak etmişdir.