Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbir zamanı xalq sənətkarlığı, rəsm, dekorativ tətbiqi sənət və digər əl işlərinə aid sərgi təşkil edilmiş, kosa və keçəlin iştirakı ilə tamaşa göstərilmiş, bayram tonqalı yandırılmış, mahnı və rəqs nömrələri, eləcə də idmançılar tərəfindən ağır atletika, boks, taekvando, milli güləş, qol güləşi idman növləri nümayiş etdirilmişdir.