Lənkəranda Heydər Əliyev adına xatirə parkının ərazisində "İdman Hamı Üçün" adlı açıq əyləncəli idman tədbiri keçirilib. 

Rekord.az xəbər verir ki, tədbirdə ağır-atletika, boks, voleybol, futbol, stolüstü tennis, dama, şahmat idman növləri nümayiş etdirilib, rayon sakinləri əyləncəli idman oyunlarında iştirak edib.

İdmanı təbliğ etmək və vətəndaşları sağlam həyat tərzinə cəlb etmək məqsədi daşıyan tədbirdə 120 nəfər iştirak edib.