Lənkəran Olimpiya İdman Kompleksində yeni idman bölməsi - badminton bölməsi fəaliyyətə başlayıb.

Rekord.az xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə İdman bölməsinin ilk dərsinin açılışında iştirak etmiş, təlim-məşq prosesi ilə tanış olmuşdur.

Teymur Babazadə rayonumuzda idmanın inkişafı üçün geniş şərait yaradıldığını və idmana dövlətimiz tərəfindən davamlı olaraq qayğı göstərildiyini vurğulayaraq, yeni idman bölməsində məşğul olan idmançılara öz tövsiyələrini vermiş, onlara gələcəkdə uğurlar və idmanda yüksək nailiyyətlər əldə etməyi arzulamışdır.