
Lempard 35 min avro məbləğində cərimələndi
- 01 İyn 2022 12:45
- 467
İngiltərə Futbol Assosiasiyası "Everton"un baş məşqçisi Frenk Lempardı 30 min funt sterlinq (təqribən 35 min avro) məbləğində cərimələyib.
Rekord.az qurumun saytına istinadən xəbər verir ki, buna onuna İngiltərə Premyer Liqasının 34-cü turunda "Liverpul"la matçda (0:2) hakim Stüart Atvellin işini tənqid etməsi səbəb olub.
Xatırladaq ki, oyundan sonra Lempard "Liverpul"un qapısına təyin olunmamış penalti zərbəsindən narazılığını bildirmişdi. Mütəxəssis demişdi ki, əgər qayda pozuntusu hücumçu Məhəmməd Salaha qarşı olsaydı, o zaman "Everton" qapısında penalti görəcəkdi.