
"Latsio" onu satmağa razıdı, amma...
- 10 Fev 2022 14:43
- 483
"Latsio"nun müdafiəçisi Luiz Felipenin xidmətində İspaniya klubları maraqlıdı.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu üçün Roma klubuna "Betis" və "Sevilya"dan təklif gəlib.
Hər iki klub Felipe üçün mübarizəyə girişib. "Latsio" rəhbərliyi isə Felipe üçün daha çox pul təklif edəcək komandaya satmağa razılaşacaq.
"İtuana" yetirməsi olan Felipe "Latsio"dan savayı "Salernitana"da oynayıb. O, 2016-cı ildən paytaxt klubunun üzvüdü.