"Barselona"nın prezidenti Joan Laporta klubun bu mövsüm çempion olacağına ümid edir.

Rekord.az xəbər verir ki, o, "Marca"ya müsahibəsində deyib: "Mən La Liqa haqqında düşünürəm. Çempion olacağımıza inanıram. Ümid edirəm ki, çempionluğu qeyd etmək üçün iyulun 7-də "Luz de Qasa"ya (Barselonada disko klubu) gedə bilərəm".

Qeyd edək ki, "Barselona" hazırda La Liqada 60 xalla 2-cidir. Ehtiyatında 1 oyun olan Kataloniya təmsilçisi lider "Real"dan 12 xal geri qalır.