İspaniyanın “Selta” klubunda baş məşqçi Eduardo Koudetlə yeni müqavilə imzalanıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Koudet 2020-ci ilin noyabrından “Selta”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda La Liqada ötən mövsümü 8-ci sırada bitirib.