Azərbaycanda uzun müddət qalmaq istəyir
- 11:00
- 51
Braziliyalı yarımmüdafiəçi Dieqo Rosa yayda Cənubi Kiprin APOEL klubundan icarə əsasında "Qarabağ"a gəldi.
Rekord.az xəbər verir ki, Ağdam klubu və şəxsən Qurban Qurbanov ondan çox şey gözləyir.
Zarafat deyil, "Mançester Siti"nin diqqətini cəlb etmiş futbolçu istedadsız ola bilməz. Əldə etdiyimiz məlumata görə, futbolçu özü də Azərbaycanda uzun müddət qalmaq istəyir. Hətta həyat yoldaşı və övladını da Bakıya gətirib. Hazırda onlar "Dreamland"da məskunlaşıblar və klubun orda kirayələdiyi mənzildə qalırlar. "Qarabağ" futbolçunun transfer haqqını tam əldə etmək üçün qışda APOEL-lə danışıqlar aparmağı düşünür.