La Liqa klubunda 35 yaşlı futbolçu ilə yeni müqavilə
- 2021-04-01 17:45
- 480
İspaniyanın “Real Sosyedad” klubu futbolçusu Naço Monrealla müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi ispan müdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Monreal 2019-cu ildən “Real Sosyedad”da çıxış edir. 35 yaşlı müdafiəçi bu mövsüm 25 oyunda 2 qol vurub.