
“Kür” “Azəryol”a məğlub oldu
- 03 Mar 2025 14:40
- 162
Qadın həndbolçuların Azərbaycan çempionatında 13-cü turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, 1-4-cü yerlər uğrunda mübarizə aparan "Kür" və "Azəryol" komandaları üz-üzə gəliblər.
Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 27:25.