
“Kür” Azərbaycan kubokunun qalibi oldu
- 16:00
- 27
Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub.
Rekord.az xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" komandaları qarşılaşıblar.
Gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan oyunun fasiləsinə Mingəçevir həndbolçuları 1 xal üstün yollanıblar - 11:10. İkinci hissədə "Bakı" vəziyyəti dəyişməyə çox çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.