“Kubokda hədəfimiz böyükdür” – Abışov
- 17:00
- 35
“Turan Tovuz” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Kəpəz”lə qarşılaşıb (2:0).
Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra Tovuz təmsilçisinin köməkçi məşqçisi Ruslan Abışovun mətbuat konfransı olub. Baş məşqçi Kurban Berdıyevin cəzaya görə buraxdığı oyunu Abışov belə şərh edib:
“İlk oyunda qələbə qazanmışdıq. Amma bu, bizdə arxayınçılıq yaratmamışdı. Ciddi hazırlaşmışdıq. Baş məşqçimiz kənardan göstərişlərini verirdi, biz də onları futbolçulara çatdırırdıq. Kubokda hədəfimiz böyükdür. Artıq bu oyunu unudub çempionata hazırlaşacağıq.
Hədəfimiz finala çıxmaqdır. Yarımfinalda “Zirə” ilə qarşılaşacağıq. Onları məğlub edib finala çıxmaq istəyirik”.