
Krivotsyukun komandası səfərdən xalsız döndü
- 13 May 2023 16:40
- 344
Futbol üzrə Cənubi Koreya çempionatında 13-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pahonq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
“Daejeon” hazırda 21 xalla 4-cü pillədə qərarlaşıb.